AZ

Suriya Qolan təpələrinə sülhməramlılar yerləşdirməyə İCAZƏ VERDİ

Suriya hakimiyyəti BMT sülhməramlılarının Qolan təpələrindəki bufer zonasına yerləşdirilməsinə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə keçid hökumətinin rəhbəri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) məlumat verib.

Suriyalı siyasətçinin fikrincə, indi İsrailin bufer zonada mövcudluğunu saxlamaq hüququ yoxdur, çünki orada İran milislərinin təhdidləri şəklində daha bir bəhanə yoxdur.

“Hamı razıdır ki, İsrailin Suriyaya hücumu səhvdir və ondan əvvəlki vəziyyətə qayıtmaq lazımdır”, - o qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Netanyahu hökuməti Qolan təpələrinin əhalisini iki dəfə artırmaq planını təsdiqləyib.

Seçilən
3
publika.az

1Mənbələr