AZ

Bağçada 4 yaşlı uşaq digər uşağın GÖZÜNÜ ÇIXARDI

Bağçada 4 yaşlı uşaq digər uşağın gözünü çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Moskvada uşaq bağçasında dörd yaşlı qız başqa bir uşağın rəsm çəkdiyi zaman təsadüfən vurduğu zərbə nəticəsində bir gözünü itirib.

Müəllimin fikri yayınıb və qız səhvən qələmi yanındakı qızın gözünə soxub. Uşağın görmə qabiliyyətini xilas etmək mümkün olmayıb, o, iki əməliyyat keçirib.

Bağçada yoxlama aparılır, cinayət işinin başlanmasına hazırlıq gedir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr