Əlcəzairli hücumçu İslam Slimani futbol üzrə Avropa çempionatına qayıdıb.
90deqiqe.Az xəbər verir ki, qarşıdakı 6 ay ərzində 36 yaşlı forvard icarə müqaviləsi əsasında Belçikanın "Vesterlo" klubunun rənglərini qoruyacaq.
Futbolçunun hüquqları Əlcəzairin "Belouizdad" klubuna məxsusdur. Təcrübəli forvardı Transfermarkt 900 min avro qiymətləndirir. O, əvvəllər “Monako”, “Lion”, “Lester”, “Sportinq ” kimi klubların rənglərini qoruyub. Slimani həm də ölkəsinin milli komandasında böyük təcrübəyə malikdir. Belə ki, o, Əlcəzair millisinin heyətində 102 oyun keçirib və bu oyunda rəqiblərinə 47 qol vurub.