Fitso ilə Zelenski yaxın günlərdə görüşə bilər
Slovakiyanın Baş naziri Robert Fitso yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İreojlas” nəşri məlumat yayıb.
“Biz növbəti bir neçə gün ərzində baş tutmalı olan görüş üçün başqa tarix axtarırıq”, - Fitso jurnalistlərə deyib.
Bildirilib ki, Baş nazir görüşün harada - Ukraynada, Slovakiyada və ya hansısa üçüncü ölkədə keçiriləcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Fitso və Zelenski son həftələrdə Ukraynanın Rusiya qazının Slovakiyaya tranzitini dayandırması ilə bağlı açıq şəkildə fikir ayrılığına düşüb. Dekabrın sonunda Fitso Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ukrayna Prezidenti Fitsonu dövlət maraqları ilə ticarət etməkdə günahlandırıb, bundan sonra o, Slovakiyadan Ukraynaya elektrik enerjisinin nəqlini dayandırmaqla hədələyib. Daha sonra dövlət başçıları bir sıra tənqidi bəyanatlar veriblər.