AZ

“Hər şey pulun başındadı” – “Mingəçevir”dən uzaqlaşdırılan məşqçi

Bildiyimiz kimi, “Mingəçevir” uzun müddət davam edən sponsorsuzluq dönəmini arxada qoyub.

Klub Adnan Əhmədzadənin sahibi olduğu ASTA (Azerbaijan Sports Talents Academy) şirkətinin himayəsinə keçib. “Nur şəhəri” təmsilçisinin hədəfi iki il ərzində “milliləşdirilmiş” kadrları öz yetirmələrimizlə əvəz etməklə premyer-liqaya qalxmaqdı. Baş məşqçi postuna isə Füzuli Məmmədov gətiriib.

Sizcə, yeni rəhbərlik, yeni məşqçi korpusu “Mingəçevir”i bu mövsüm 1-ci liqada saxlaya və gələn mövsüm elitaya yüksəltmək vəzifəsinin öhdəsindən gələ bilərmi? Bu sualı “Mingəçevir”in sabiq baş məşqçisi Ədəhim Niftəliyevə ünvanladıq:

“Əlbəttə, komanda bunun öhdəsindən gələr. Bizim də çalışdığımız o idi ki, “Mingəçevir” 1-ci liqada qalsın, sponsorumuz olsun. Sponsor olandan sonra klubu idarə etmək asandı. Hər şey pulun başındadı. Bizim o qədər imkanımız olmadı. Çoxlu futbolçu var idi, klubun onları gətirməyə imkanı yox idi”.

ƏSƏD SEYİDOV
Seçilən
9
football-plus.az

1Mənbələr