AZ

Belarusdan alma və kələm ixracı qadağan edilib...

...Belarus hökuməti meyvə və tərəvəzin ixracı üçün lisenziyalaşdırma tətbiq edib.

SİA-nın məlumatına görə, müvafiq sərəncamı baş nazir Roman Qolovçenko imzalayıb.

Belə ki, ağ kələm, alma, soğan, yerkökü, çuğundurun ixracına müvəqqəti qadağa qoyulub.

Belə məhsulların mənşə ölkəsindən asılı olmayaraq ölkədən kənara ixracı Kənd Təsərrüfatı Nazirliyi, Regional İcraiyyə Komitələri və Minsk Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaqla Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi tərəfindən verilən birdəfəlik lisenziyalar əsasında həyata keçiriləcək.

...Belə bir lisenziyanın verilməsinin mümkünlüyü barədə qərar səlahiyyətli orqanlar tərəfindən Belarus Respublikasında bu məhsulun sərbəst resurslarının nisbətinin və lisenziyanın təsdiqi zamanı ölkənin ona olan ehtiyacının qiymətləndirilməsi əsasında qəbul ediləcək.

Bunu hökumət müəyyən edib.

Həmçinin qeyd olunub ki, qərar mövsümlərarası fasilədə daxili bazarı kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə qəbul edilib.

Müvəqqəti qadağanın üç ay davam edəcəyi deyilir.

Nazlı Almuradova

Seçilən
11
sia.az

1Mənbələr