"İnter" ilk qış transferini razılaşdırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O hazırda "Nyuells Old Boyz"da çıxış edən argentinalı yarımmüdafiəçi Tomas Peres Milan komandasına qoşulacağını və 19 yaşlı yarımmüdafiəçinin İtaliya klubuna bonuslar daxil olmaqla 7 milyon avroya başa gələcəyini qeyd edib.
Xatırladaq ki, "İnter" hazırda İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir.