İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə husilər İsrail ərazisinə və kommersiya gəmiçiliyinə hücumları bərpa edəcək. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi tərəfdarlarına müraciətində bildirib."Biz sazişin icrasının mərhələlərini izləyəcəyik. İsrail tərəfindən hər hansı pozuntu, qırğınların davam etdirilməsi və ya mühasirənin bərpası halı təkrarlansa, Fələstin xalqına dərhal hərbi dəstək verməyə hazır olacağıq", - deyə hərəkat lideri bəyan edib. Onun əyanatı Husilərə məxsus "Al Masirah" telekanalı tərəfindən yayılıb.Əbdülməlik əl-Husi həmçinin vurğulayıb ki, İsrail eskalasiyanı və razılaşma yerinə yetirilənə qədər kollektiv cəza tətbiqini dayandırmasa, Fələstin xalqına dəstək üçün hərbi əməliyyatlar davam edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta