AZ

İsrail azad ediləcək əsirin saxlanıldığı məntəqəni bombaladı

İsrail ordusu atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində azad ediləcəklər arasında olan qadın əsirlərdən birinin saxlanma məntəqəsini hədəf alıb. Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlama verib. Sözçü Əbu Ubeyde “Telegram” platformasında yayımlanan video mesajında bildirib ki, razılaşmanın açıqlanmasından sonra İsrail ordusu azad ediləcək qadın əsirlərdən birinin yerini hədəf alıb. Əsir qadının sağlamlıq durumu ilə bağlı məlumat verməyən Əbu Ubeydə, İsrailin hər hansı hücum və ya bombardmanının əsirlərin azadlığını faciəyə çevirə biləcəyini vurğulayıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs və məhbus mübadiləsinə dair razılıq əldə edilib. Razılaşmaya əsasən İsrail çox sayda məhbusu, HƏMAS isə bir neçə əsiri azad edəcək. Razılaşma hələlik qüvvəyə minməyib.

Seçilən
4
metbuat.az

1Mənbələr