AZ

NBA rekordu üçün 709 oyun

Nikola Yokiç NBA-da tarixi nəticəyə imza atıb.

İdman.biz xəbər verir ki, serbiyalı 15 min xal, 7,5 min ribaund və 5 min ötürmə həddinə ən tez çatan basketbolçu olub.

Yokiçə bu rekordu yeniləmək üçün turnirdə 709 matç keçirib. Nikoladan əvvəl Larri Börd 799 oyunda ən yüksək statistikaya yiyələnib.

Qeyd edək ki, serbiyalı cari mövsümdə meydana çıxdığı 34 qarşılaşmada orta hesabla 30,6 xal toplayıb, 13,2 ribaund və 9,9 ötürmə edib.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr