“Napoli”dən PSJ-yə transfer olunan Xviça Kvartsxeliya Neapol klubunun azarkeşləri ilə vidalaşıb. Msport.az xəbər verir ki, Gürcüstan millisinin üzvü sosial şəbəkə hesabında paylaşım edib:
“Bu mənim üçün çətindir, lakin ayrılıq vaxtı gəlib. Mən burda unudulmaz illər keçirdim. Biz bu hissləri birgə yaşadıq. Neapol mənim evimə çevirildi. Sizin sayənizdə burda özümü əla hiss edirdim.
“Napoli”yə, şəhərə, azarkeşlərə təşəkkür edirəm. Birgə qazandığımız Skudettonu heç vaxt unutmayacam”.