Bakı. Trend:
Amerikalı kinorejissor və ssenarist Devid Linç vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "Variety" jurnalı onunailəsinin sosial şəbəkəsindəki paylaşımına istinadən bildirib.
Məlumata əsasən, onun 78 yaşı olub.
2024-cü ilin avqustunda D.Linç jurnalistlərə deyib ki, onaxroniki xəstəlik sayılan ağciyər amfizemi diaqnozu qoyulub və bu,onun işləməsinə mane olub və onu evə məhkum edib.