AZ

“İndi ortalığa çox qohum çıxıb, pul mənə çatmalıdır"

"Qardaşım kənddə işləyirdi, bacım isə Türkiyəyə tez-tez gedib gəlirdi. Sonuncu dəfə mənə də təklif etmişdilər, dedim, işlərim var, sonra sizə qoşularam. Onlar Türkiyəyə uçurdular”.

Publika.az xəbər verir ki, Kamran Seyidov Qazaxıstandakı təyyarə qəzasının qurbanları olan bacı-qardaşın- 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlərin ögey qardaşıdır.

Onların anası bir olsa da, ataları fərqli insanlardır. Kamran anasının ikinci evliliyindən doğulub. Deyir ki, körpə yaşlarından ata nənəsi ona baxıb. Uzun müddət bacı-qardaşları ilə bağlı heç bir məlumatı olmayıb.

“Sonra ondan-bundan eşitdim ki, bacım və qardaşım var. Elə oldu ki, soraqlaşıb tapdıq. İki -üç il olardı ki, bizim ünsiyyətimiz var idi. Amma gizli görüşürdük, heç birimizin qohumarının bundan xəbəri yox idi.

Onların çox arzuları, planları var idi. Eşitdiyimə görə, qardaşım gili də balaca vaxtlarında nənəsi böyüdüb”.

Kamran deyir ki, faciə qurbanı olan bacı-qardaşının atası yol qəzasında həlak olub. Anaları isə 3-cü dəfə Türkiyə vətəndaşı ilə münasibət qurub və onunla Suriyaya gedib. Daha sonra övladları ondan xəbər ala bilməyiblər.

“Anamızdan xəbər yoxdur, biz onu çox axtardıq, tapa bilmədik. Anamız 3-dəfə türklə ailə qurmuşdu və ona qoşulub Suriyaya getmişdi. Bacı-qardaşıma bir müddət həmin türkin ilk xanımı baxıb. Bizim fikrimiz var idi ki, Türkiyəyə köçək və orada yaşayaq”.

Seçilən
0
3
publika.az

7Mənbələr