İsrailin təhlükəsizlik kabineti və hökuməti yanvarın 17-də Qəzza zolağında girovların azad edilməsinə dair sazişi təsdiqləmək üçün toplanacaq.
“Report” xəbər verir ki, bu barədə “N12” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, son saatlarda aparılan danışıqlarda Fələstin anklavında atəşkəsi nəzərdə tutan razılaşmanın parametrləri ilə bağlı “HƏMAS”la digər fikir ayrılıqları aradan qaldırılıb.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.