AZ

Putinlə Pezeşkian nəyi müzakirə edəcəklər?

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Suriya, Fələstin-İsrail münaqişəsi zonası və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə TASS məlumat yayıb.

“Qarşıdakı yüksək səviyyəli danışıqlarda qarşılıqlı maraq doğuran qlobal və regional gündəlikdəki əsas məsələlərin müzakirəsi gözlənilir”, - deyə məlumatda bildirilir.

Söhbət Yaxın Şərqdə, Suriyada, Fələstin-İsrail münaqişəsi zonasında və Cənubi Qafqazda vəziyyətin inkişafından gedir. Tərəflər həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Həmçinin İranın Rusiyadakı səfiri Kazem Cəlali bəyan edib ki, Rusiya qazının İrana tədarükü ilə bağlı saziş demək olar ki, hazırdır. Yanvarın 17-də Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. İran prezidenti rəsmi səfərlə Moskvaya gələcək. Müqavilə imzalandıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər. Kreml bəyan edib ki, saziş hərbi-siyasi və ticarət-iqtisadi sahədə, eləcə də elm, təhsil, mədəni və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcək.

Mənbə: unikal.az

Seçilən
6
2
unikal.az

4Mənbələr