AZ

“Neftçi”nin yaponiyalı yeni transferinin uğursuz karyera yolu... – ARAŞDIRMA

“Neftçi”nin yeni transferi Ryonosuke Ohorinin azarkeşlər tərəfindən narazılıqla qarşılandığını xəbər vermişik.

Məlum olduğu kimi, onlar futbolçunun klubun hədəflərinə uyğun olmadığını iddia edir, ümumiyyətlə, düzgün seçim olmadığını düşünür.

“Football-plus.az” “Neftçi”lilərin əndişəsini nəzərə alıb oyunçu haqda ətraflı məlumat təqdim etməyi lazım bildi. Bu yazıda azarkeşlərin narazılığının haqlı olub-olmadığına aydınlıq gətirməyə çalışacağıq.

“Sanfreççe”dən...
O, 2001-ci il yanvarın 10-da Yaponiyanın Xirosima şəhərində dünyaya göz açıb. “Sanfreççe”də futbolçu həyatına qədəm qoyub, klubun gənclər akademiyasında bilik və bacarıqlarını təkmilləşdirib. Ölkəsinin perspektivli oyunçularından sayılan Ohori 2019-cu ildə U-18 Futbol Liqasının Şahzadə Takamado Kubokunun finalında komandasına qələbə gətirən qolu vurmaqla futbolsevərlərin rəğbətini qazanmağı bacarıb. Yaponiyanın qalibiyyətlərinə görə seçilən gənci qısa müddətdə legioner həyatı yaşamağa başlayıb.

Portuqaliyaya və ya karyerasına qəbir qazmağa...
“Portimonense”nin 23 yaşadək futbolçulardan ibarət komandasına transfer edilən Ohori bir il sonra – 2020-ci ildə Latviyanın “Daquavpils” klubuna gəlib. Burda özünü tapa bilməyən, dəqiq desək, ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən futbolçu ölkəsinə - “Xirosima”ya yollanıb və bəxtini yenidən sınayıb. Bir müddət sonra arzuladığı karyeranı burda qura bilməyəcəyini düşünən Ohori 2022-ci ildən Koreya “Gyeonqnam”ının şərəfini qorumağa başlayıb və növbəti uğursuzluqla üzləşib. Yenə ehtiyat, yenə ehtiyat...

Diriliş, yoxsa nə?
Hər halda, Ohori yenidən “Xirosima”ya qayıdıb. Düzdü, o, bu komandada meydana çıxdığı 16 matçda 18 qol vurmağı bacarıb və 2022/23 “futbol ili”ni uğurlu keçirib. Mövsümün sonunda “Litva”nın “Transinvest” klubuyla anlaşan futbolçu qənaətbəxş çıxışla yadda qalıb. Dəqiq desək, 31 matçda 6 qol, 2 məhsuldar ötürmənin müəllifi olub.

Maraq üçün qeyd edək ki, Ohori sonuncu matçını noyabrın 9-da keçirib. Yarımmüdafiəçinin “Neftçi”nin təlim-məşq toplanışında iştirak etmədiyini nəzərə alsaq, formaya düşməsi üçün bir qədər zamana ehtiyacı olacaq. “Transfermarkt”a görə 24 yaşlı futbolçunun qiyməti 250 min avrodu.O, Yunanıstanın U-17 millisinin sabiq üzvüdü.

KƏNAN BAHADIR

Seçilən
12
1
football-plus.az

2Mənbələr