AZ

Sumqayıt qəzasında xəsarət alanların SON DURUMU - VİDEO

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu haqda apa-ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Məlumata əsasən onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
Hadisə zamanı ölənlərin birinin şəxsiyyəti də məlum olub. Belə ki, onun 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir.

Qeyd edək ki, Hadisə nəticəsində ölən şəxslərdən ikincisi isə Ceyranbatan qəsəbə sakini 2003-cü il təvəllüdlü Paşayev İntiqam Qalib oğludur. Hadisə zamanı o piyada olaraq yolu keçmək istəyib.



Bizim.Media

Seçilən
1307
1
bizim.media

3Mənbələr