AZ

"Sevgidə “yox” cavabına görə intihar edilməməlidir"

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Hadisəyə səbəb kimi onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir. 

Qeyd edək ki, zamanla qarşılıqsız münasibətlərdə iradəsi zəif insanlar çıxış yolu kimi intiharı seçir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, gənclərin intihar etməsinə ən çox təsir edən amillər arasında sevgi münasibətlərində uğursuzluqlar və sosial medianın təsiri var: 

“Burda ailənin böyük rolu var. Ailə üzvləri həmin  gəncin davranışından onun normal olmadığını hiss etməlidir. Ancaq bu gün qayğılar, problemlər, iş yükü o qədər artıb ki, insanlar doğma övladının psixoloji durumunun pozğun olduğundan bixəbər olur. Səbəb nə olursa olsun , valideyn yeniyetmə övladı daim maraqlanmalıdır. Adətən psixoloji sarsıntı keçirənlər yemək yemir, hər kəslə aqresiv danışır, insanları görməzdən gəlir. Valideyn bu kimi əlamətləri hiss edirsə, onunla maraqlanmalı, dərdinə çarə olmalıdır. Psixoloji problemi olan insanı tək buraxmaq olmaz, çünki onlar özlərini yararsız hiss etdikıri üçün canlarına qəsd etmək istəyəcək. Ancaq bu düzgün deyil. Qarşı tərəf istəmirsə, bunun günahı biz deyilik, nə də o insan deyil. Heç kimi günahlandırmaq lazım deyil”.

Sevinc

Seçilən
2
hit.az

1Mənbələr