AZ

İspaniya XİN Dəməşqə səfər etdi

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Suriyaya səfər edib. Metbuat.az xəbər verir ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa Dəməşqdə İspaniyanın xarici işlər naziri və onun nümayəndə heyətini qəbul edib. Görüşün təfərrüatları barədə məlumat verilməyib. Bildirilir ki, nazirin Dəməşqdə Bəşər Əsəd dövründən bəri İspaniya konsulluğunda endirilən İspaniya bayrağını dalğalandıracağı deyilir. Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, hələ Bəşər Əsəd rejiminin süqutundan sonra iki ölkə arasında ilk rəsmi danışıqlar olub.

Qeyd edək ki, bundan əvvəl Fransa və Almaniya da daxil olmaqla bir neçə yüksək səviyyəli Avropa nümayəndə heyəti Dəməşqə səfərlər edib və Suriyanın yeni rəhbərliyi ilə əl sıxıblar.

Seçilən
1
1
metbuat.az

2Mənbələr