BYD2024-cü ildə ilk dəfə Yapon EV satışlarında Toyota-nı ötəcək.
SİA xəbər verir ki, Yaponiya Avtomobil Satıcıları Assosiasiyasının məlumatına görə, BYD əvvəlki illə müqayisədə 54 faiz artaraq 2223 elektrikli avtomobil satıb. Eyni zamanda, Toyota-nın elektromobil satışları 30 faiz azalaraq 2038 ədəd olub.BYD-nin hazırkı elektrik seriyası Atto 3 (Yuan Plus), Dolphin və Seal EV-dən ibarətdir. Yeni model BYD Sealion 07 EV-nin 2025-ci ildə təqdim ediləcəyi gözlənilir.
Satışların 44 faizi azalmasına baxmayaraq, Nissan Yaponiyanın elektromobil bazarında lider olaraq qalır və seqmentin təxminən 50 faizinə nəzarət edir.
Bununla belə, şirkətin modellərində də populyarlıq azalır: yığcam Nissan Sakura-nın satışları 38 faiz (22 926 ədəd), Leaf isə 48 faiz azalıb.
Ümumiyyətlə, Yaponiyada elektrik avtomobil bazarı hazırda çətin dövrlərdən keçir.
2024-cü ildə 59 736 elektrik avtomobili satılıb ki, bu da 2023-cü illə müqayisədə 33 faiz azdır.
Bununla yanaşı, elektrik avtomobillərinin bazarda payı 2 faizdən aşağı düşüb ki, bu da inkişaf etmiş ölkələr arasında ən aşağı göstəricidir.
Nazlı Almuradova