AZ

Məşhur şəxs VƏFAT ETDİ - FOTO


Amerikalı kinorejissor Devid Linç 78 yaşında vəfat edib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Variety məlumat yayıb .

Artıq yanımızda olmadığı üçün dünyada böyük bir çuxur meydana gəldi. Ancaq özü dediyi kimi: "Çuxura deyil, pişiyə baxın", - ailəsinin bəyanatında deyilir.

Keçən avqust ayında Linçə tütün çəkmə səbəbiylə xroniki emfizem diaqnozu qoyulub. Bundan sonra onun evdən çıxmasına qadağa qoyulub.

Linç oksigen çatışmazlığı səbəbindən uzun məsafələri gəzə bilmədiyini də qeyd edib.

Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlikdir.

Xəstəliyin adı yunan sözündən götürülüb ( q.yun. ἐμφυσάω - emphysao ) - irəli və geriyə üfürmək deməkdir. Ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur.


Seçilən
10
news24.az

1Mənbələr