AZ

İrakli Kobaxidze: Dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək

Tbilisi, 16 yanvar, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Adminitrasiyası məlumat yayıb.

Bildirilir ki, görüşdə Gürcüstan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq, oktyabrın 26-da keçirilən parlament seçkiləri və ölkədə baş verən proseslər diqqət mərkəzində olub.

Baş nazir nümayəndə heyəti ilə onları maraqlandıran bütün məsələlər, o cümlədən parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət və bu prosesin idarə olunması istiqamətində dövlət qurumlarının atdığı addımlar barədə ətraflı danışıb.

Hökumət başçısı müxalifətin dövlət quruluşunu sabotaj etmək cəhdinə də diqqət çəkib. Bildirib ki, dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
8
4
azertag.az

6Mənbələr