Yanvarın 16-da Ankarada Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə və 10 saziş imzalanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Monqolustan Prezidenti Xurelsux Uxnaa arasında təkbətək və nümayəndə heyətləri əsasında danışıqlardan sonra baş tutub.
İki ölkə arasında, həmçinin radio-televiziya, rəqabət siyasəti, nəqliyyat, səhiyyə, təhsil, gənclər və idman, mədən sənayesi, ətraf mühit və meşə təsərrüfatı sahələrində sazişlər imzalanıb.