AZ

Nazirlik: 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Yanvarın 17-18-də təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

Seçilən
8
39
bizim.media

10Mənbələr