AZ

“Neftçi”yə gələn Tottinin yaxın tanışı: “Səmimi desəm, bəxt üzümə gülüb ki...”

“Səmimi desəm, idman bəxti üzümə gülüb ki, bu cür klublarla yolum kəsişib”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Mustafa Sek klubun televiziyasına müsahibəsində deyib.

Seneqallı legioner vaxtilə çıxış etdiyi “Barselona” və “Roma”dakı günlərindən söz açıb:

“Çox yaxşı xatirələrim var. “Barselona” kimi böyük klubda futbol oynamağa başlamışam.

İndiyədək əldə etdiklərimlə qürur duyuram. İtaliyanın ən böyük klublarından biri olan “Roma”dakı günlərimi çox yaxşı xatırlayıram.

Totti kimi əfsanəvi futbolçu ilə eyni komandada olaraq ondan çox şey öyrənmişəm. İstər meydanda, istərsə də meydandan kənarda.

Eyni zamanda, Luçano Spalettini də çox yaxşı xatırlayıram. Məşqçi kimi mənə çox köməyi dəyib, çox tövsiyələr verib.

Ona görə hər ikisinə də minnətdaram”.

Seçilən
12
sportinfo.az

1Mənbələr