AZ

Bizi şirniyyatlara və yağlı yeməklərə həvəsləndirən nədir?

Monell Kimyəvi Hisslər Mərkəzinin (ABŞ) araşdırması göstərib ki, yaddaş yemək davranışımızda əsas rol oynayır və həddən artıq yeməyə kömək edə bilər.

Publika.az xəbər verir ki, araşdırma nəticələri "Nature Metabolism" jurnalında dərc olunub.

Bildirilib ki, elm adamları beyində ləzzətləri xatırladan və insanı həddindən artıq yeməyə sövq edən neyronlar aşkar ediblər.

Hipokampusdakı bu neyronlar basdırıldıqda, pəhriz idealdan uzaq olsa belə, şəkər və yağa olan istək azalır və çəki artımı yavaşlayır.

Bəzən vücud və sağlamlıq üçün ciddi nəticələrə səbəb olan insan davranışı üzərində ki bu təsir, elmi ictimaiyyətin diqqətini çəkib.

Seçilən
13
publika.az

1Mənbələr