AZ

Sürət yarışı iki nəfərin həyatına SON QOYDU

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov “Hyundai Elantra” markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Seçilən
8
9
publika.az

10Mənbələr