AZ

Mişel Obama Melaniya Trampın QƏZƏBİNƏ TUŞ GƏLDİ

ABŞ-ın keçmiş və gələcək birinci xanımı Melaniya Tramp Mişel Obamanı Donald Trampın andiçmə mərasiminə görə tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə mk.ru Melaniyaya yaxın mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı andiçmə mərasimində iştirakdan imtina etdiyi üçün Trampın xanımının qəzəbinə tuş gəlib.

Melaniya xatırladıb ki, Ağ Evə ilk köçmə Obama cütlüyünün Tramp cütlüyünə bəzi “məlumatları” verməməsi səbəbindən böyük çətinliklərlə müşayiət olunub. Melaniya Tramp və Mişel Obama arasındakı münaqişə də bu vəziyyətdən qaynaqlanır.

“Bu dəfə hər şeyim var. Bu dəfə tamamilə fərqli bir keçid olacaq”, – Melaniya Tramp bildirib.

Seçilən
13
publika.az

1Mənbələr