AZ

“Əl Ərəbiyyə”: Həmas və İsrail Qəzzada atəşkəs imzalayıb

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Bütün tərəflər Qəzza zolağı ilə bağlı saziş imzalayıblar", - telekanalın mənbələri iddia edib.

Mənbələrin məlumatına görə, sənədə son düzəlişlər edilib. Bununla belə, kanal HƏMAS və İsrail arasında vasitəçi kimi çıxış edən və Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsinə təminat verən Qətər, Misir və ABŞ-nin imzalayanlar arasında olub-olmadığını haqda məlumat verməyib.

Qeyd edək ki, yanvarın 15-də axşam Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS arasında razılıq əldə edildiyini açıqlayıb.

Müqavilə bazar günü, yanvarın 19-dan qüvvəyə minəcək.

Seçilən
18
50
apa.az

10Mənbələr