AZ

İstanbulda kütləvi zəhərlənməyə səbəb olan 32,9 min litr spirt ələ keçirilib

Türkiyədə İstanbul polisi insanların zəhərlənməsinə səbəb olan 32,9 min litr metil və etil spirti müsadirə edib.

“Report” xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, on nəfər saxta spirtli içki istehsal edib satmaqda şübhəli bilinərək saxlanılıb.

İstanbul valiliyinin mətbuat xidməti isə 15 şübhəlinin saxlanıldığını, onlardan artıq dördünün məhkəmə qərarı ilə həbs edildiyini açıqlayıb. Həmçinin İstanbulda ilin əvvəlindən saxta spirtli içki satan 64 müəssisənin lisenziyası ləğv edilib.

Qeyd edək ki, İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.

Seçilən
11
2
report.az

3Mənbələr