AZ

ABŞ-nin Cənubi Kiprlə bağlı qərarını qınayırıq - Türkiyə XİN

Bakı. Trend:

ABŞ-ın Cənubi Kipri silah satışı və hərbi təlim üçün uyğun ölkəkimi tanıması ilə bağlı qərarına Türkiyə Xarici İşlər Nazirliyibəyanat yayıb.

Trend-in məlumatına görə, Nazirlik bu qərarı qınayıb və ŞimaliKipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyinin mövzuilə bağlı açıqlamasındakı fikirlərlə həmrəy olduğunuvurğulayıb.

“Ada üzərində silahlanmanı artıracaq bu qərarı ciddi səhv hesabedirik. Bölgənin olduqca həssas bir dövrdən keçdiyi nəzərəalınaraq, bütün tərəflərin təhrikedici addımlardan çəkinməsi vətəmkinli yanaşması vacibdir. Ümid edirik ki, ABŞ-ın yaxın vaxtlardaişə başlayacaq yeni rəhbərliyi mövcud Prezidentin atdığı bu səhvaddımı yenidən nəzərdən keçirəcək,” - bəyanatda deyilir.

Həmçinin qeyd olunub ki, Türkiyə Şimali Kiprin müdafiəqabiliyyətlərini gücləndirmək üçün atacağı addımları dəstəkləməkdədavam edəcək.

Seçilən
8
az.trend.az

1Mənbələr