Fransanın Orlean şəhərində, 18-ci əsrə aid xəstəxananın altında aparılan qazıntılar zamanı Roma dövrünə aid 60-dan çox dəfn və bir neçə “lənət lövhəsi” aşkar edilib. Lövhələrdən ən azı biri nadir bir sönmüş dildə yazılmışdır.
QHT.az xəbər verir ki, qəbiristanlıq I əsrin sonu - III əsrin əvvəllərinə aid olub və dövr üçün qeyri-adi xüsusiyyətlərə malikdir: ardıcıl dəfnlər, qadın və uşaqların olmaması, kremasiyaların qeydə alınmaması. Bu, ölənlərin müəyyən bir qrupa aid olduğunu göstərə bilər. Fransa Milli Elmi Tədqiqatlar Mərkəzindən Pierre-Yves Lambertin sözlərinə görə, lövhələrdən biri Roma müharibə tanrısı “Mars Rigisam”a həsr olunub və həm latın, həm də qalli dillərində yazılıb.
İkinci lövhə rentgen tomoqrafiyası ilə tədqiq edilib, lakin hələ açılmayıb. Qazıntılar bu ayın sonunda başa çatacaq və materiallar əlavə analizlərə göndəriləcək.
R.İmanov