“ABŞ HƏMAS-ın danışıqlar masasına qaytarılması ilə bağlı regional aktorlarla çoxlu görüşlər keçirib və bu mövzuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
“Biz digər aktorlarla yanaşı Prezident Ərdoğanın yanına getdik və ondan HƏMAS-ı yenidən masaya gətirmək və razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün nüfuzundan və təsirindən istifadə etməsini istədik. O da bunu etdi”, - deyə Dövlət katibi qeyd edib.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb. 3 mərhələdən ibarət saziş yaxın günlərdə qüvvəyə minəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta