AZ

Bayden Ağ Evi tərk etməzdən əvvəl Trampın xoşlanmadığı adamları əfv edə bilər

ABŞ prezidenti Co Bayden seçilmiş prezident Donald Tramp vəzifəyə gəldikdən sonra bəzi şəxslərin cəzalandırılmasının qarşısını almaq üçün səlahiyyət müddəti bitmədən onları əfv edə bilər...

Poliqon xəbər verir ki, bu barədə the Washington Post öz mənbələrinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, Ağ Evi tərk etməyə hazırlaşmasına baxmayaraq, Bayden yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər daha bir neçə icra sərəncamı imzalamağı planlaşdırır. Bunlara gender ayrı-seçkiliyi ilə mübarizə tədbirləri və yeni administrasiyanın düşmənçiliyi ilə üzləşə biləcək şəxslər üçün əfv daxildir.

WP-nin köşə yazarının fikrincə, Co Baydenin prezidentlik müddətinin başa çatması ərəfəsində fəaliyyəti onun Donald Trampın Amerika dəyərlərinə unikal təhlükə yaratdığına inamından xəbər verir.

Qeyd edək ki, bir gün əvvəl Bayden televiziya ilə xalqa vida müraciətində hakimiyyətdə olduqları müddətdə cinayət törədən keçmiş dövlət başçılarının mühakimə olunması üçün ölkə konstitusiyasının dəyişdirilməsinin zəruriliyindən danışmışdı.

2024-cü ilin dekabrında ABŞ-ın seçilmiş prezidenti NBC News telakanalına deyib ki, o, rəqiblərini təqib etmək niyyətində deyil və hesab edir ki, cavab tədbirləri almaq üçün ən yaxşı yol ABŞ-nin uğur qazanmasıdır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr