AZ

Rusiya və ABŞ prezidentləri istənilən vaxt telefonla danışa bilərlər- Uşakov

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp istənilən vaxt telefon danışığı apara bilərlər. Vətəninfo.az xəbər verir ki,  bu barədə Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

“ABŞ prezidenti və Rusiya prezidenti istənilən vaxt telefon danışığına başlaya bilərlər. Ənənəyə görə isə ilk addımı lider və ya hökumət başçısı atır. Trampın bizə zəng etməsini gözləyirik”, – Uşakov bildirib.

O, Rusiyanın ABŞ-ın yeni administrasiyası ilə konstruktiv dialoqa hazır olduğunu da vurğulayıb.

Seçilən
3
veteninfo.az

1Mənbələr