“SpaceX”in sahibi İlon Mask, “Starship” prototipinin yeddinci sınaq buraxılışı zamanı qəzaya uğradığını açıqlayıb.
APA xəbər verir ki, o prototipin partlamasına yanacaq sızmasının səbəb olduğunu deyib.
"İlkin əlamətlər mühərrikin təhlükəsizlik divarının üstündəki boşluqda oksigen və ya yanacaq sızmasının olmasıdır", - o, “X” hesabında yazıb.
Qeyd edək ki, “SpaceX” yeddinci sınaq uçuşu zamanı “Starship” prototipini itirdiyini açıqlayıb.
Belə ki, gəmisi yüksəkliyə qalxarkən sürətli, planlaşdırılmamış dağılma yaşayıb.