Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest özünün "Yeezy" brendindən yeni ayaqqabı modelini təqdim edib.
Milli.Az xəbər verir ki, reper bir gündə YZY SL-01 ayaqqabılarının satışından 2,3 milyon dollar qazanıb. Onların bir cütün qiyməti 20 dollardır.
Ayaqqabılar rus dizayneri Qoşa Rubçinskinin rəhbərliyi altında buraxılan yeni geyim kolleksiyasının bir hissəsidir. O, 2023-cü ilin dekabrından "Yeezy"nin dizayn rəhbəri olaraq çalışır. (Axşam.az )
Milli.Az