AZ

Dünya təhlükədir: Alimlər açıqladı

150-dən çox Nobel mükafatı laureatı və Dünya Qida Mükafatı laureatı dünyanı bu əsrin ortalarında qlobal qıtlıq fəlakəti ilə üz-üzə qaldığı bir vaxtda qida istehsalını artırmaq üçün “nəhəng sıçrayışlar” etməyə çağıran açıq məktub imzalayıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə “The Guardian” qəzeti yazır. Məktubu imzalayan görkəmli mütəfəkkir və alimlər ərzaq məhsullarına tələb və təklif arasındakı faciəvi uyğunsuzluğu aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırıblar.

Məktubda bildirilir ki, iqlim böhranı, müharibələr və bazar təzyiqi kimi problemlər aclığa səbəb ola bilər, ona görə də planetimizin 2050-ci ildə 9,7 milyard insanı qidalandıra biləcəyinə əmin olmaq lazımdır. Baxmayaraq ki, buğda və çəltik istehsalı artıq azalma tendensiyaları nümayiş etdirir, ikincinin istehsal həcmi isə növbəti onilliklərdə 50-70 faiz artmalıdır. Məktubda bildirilir ki, dünya gələcək tələbləri qarşılamağa belə yaxın deyil, bu isə o deməkdir ki, bu əsrin ortalarına qədər dünya daha qeyri-sabit olacaq, ərzaq təhlükəsizliyindən məhrum olacaq.

Seçilən
10
veteninfo.az

1Mənbələr