Topdansatış müəssisəsi bu tələblərə müvafiq fəaliyyət göstərməsini mütəmadi olaraq daxili yoxlamalar aparmaqla təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Topdansatış müəssisələrində keyfiyyət sisteminin idarə olunması üçün lazımi sənədlər işlənib hazırlanmalıdır (İş Təlimatları- İT, Standart Əməliyyat Prosedurları- SƏP). İT, SƏP topdansatış müəssisəsinin rəhbəri tərəfindən təhkim olunmuş keyfiyyətə məsul şəxs tərəfindən hazırlanmalı və topdansatış müəssisəsinin rəhbəri tərəfindən təsdiqlənməlidir.