Dərman bitki xammalının saxlanması üzrə tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Dərman bitki xammalının saxlanması üzrə tələblər:
– dərman bitki xammalı (əvvəlcədən qurudulmuş) quru, havası yaxşı təmizlənən yerdə, qapalı tarada (şüşə, metal, taxta) saxlanmalıdır;
– tərkibində efir yağları olan dərman bitki xammalını yaxşı bağlanmış tarada ayrılıqda saxlamaq lazımdır;
– tərkibində zəhərli və güclü təsirə malik maddələr olan bitki xammalı ayrıca otaqda və ya qıfılla bağlanmış ayrıca şkafda saxlanmalıdır.