AZ

İşğaldan azad olunan ərazilərin yaşıl enerji ilə təmin olunması Çindən olan qonaqların diqqətini çəkib

Xocavənd, 17 yanvar, Aydın Yavərzadə AZƏRTAC

Qarabağa səfər zamanı qonaqların diqqətini çəkən əsas məqam qısa müddətdə yaradılan elektroenergetika sektoru üzrə infrastrukturun birinci olaraq 100% yaşıl enerji ilə təmin olunması, tədricən öz yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin paylayıcı şəbəkələr tərəfindən elektrik enerjisi ilə fasiləsiz təchizatıdır. Bu istiqamətdə Çin Xalq Respublikasından olan bizim həmkarların da öz fikirləri var, düşünürəmki görüşlərdən sonra onlarla bir daha müzakirə aparılacaq. Yaşıl enerji zonasında həm aktiv istehlakçılar var həm yaşıl texnologiyaların tətbiqi mövcuddur. Bu istiqamətdə həm də istehlakçıların maarifləndirilməsi məsələsi və elektron xidmətlərə əlçatanlığın daha da artırılması məsələsi müzakirə olunacaq”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonu Hadrut qəsəbəsində jurnalistlərə açıqlaması zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

O, qeyd edib ki, Azərbaycanda ötən il keçirilən mötəbər COP29 tədbiri çərçivəsində bir çox mühüm görüşlər olub və Azərbaycan elektroenergrtika sektoru həmin tədbirdə böyük bir pavliyonla təqdim olunub. “Həmin pavliyonu ziyarət edən əcnəbi mütəxəssislər həm Azərbaycanda aparılan genişmiqsaylı elektroenergetika sahəsindəki isalahatlarla maraqlanırdılar, həm də xüsusi olaraq işğaldan azad olunan ərazilərdə yaradılan yaşıl enerji zonasına xüsusi olaraq maraq göstərirdilər. Orada bir çox innovativ həllər və texnologiyaların tətbiqi onların diqqətini çəkdi, xüsusən də qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və innovativ yaşıl texnologiyaların tətbiqi böyük marağa səbəb oldu. Bunların davamı olaraq bir çox ölkələrin nümayəndələri ilə əməkdaşlıq və anlaşma memorandumları imzalanıb. Daha sonra təcrübə mübadiləsi üçün qarışılıqlı səfərlər təşkil olunub. Bu səfər çərçivəsində isə işğaldan azad olunan ərazilərdə “Azərişıq” ASC tərəfindən qısa müddət ərzində görülən işlərin, tətbiq olunan yaşıl enerji texnologiyalarının, innovativ həllərin, Çin Xalq Respublikasından olan böyük bir nümayəndə heyətinə təqdim edildi. Əsas olaraq bizi və onları maraqlandıran müəyyən texnologiyaların əsasən də müasir texnologiyaların daha səmərəli və effektiv enerji təchizatı üçün tətbiqinin müxtəlif beynəlxalq variantlarını birlikdə müzakirə etməkdir. Digər tərəfdən isə əcnəbi qonaqlara gələcəkdə nəzərdə tutulan yaşıl enerji zonasındakı “Azərişıq” ASC tərəfindən aparılacaq islahatların inkişafı haqqında da bir fikir mübadiləsi aparmağı düşünürük və bu istiqamətdə işlər davam etdiriləcək”.

Seçilən
6
2
azertag.az

3Mənbələr