AZ

Yersiz antibiotik qəbulu sağlamlığa necə təsir edir? – AÇIQLAMA

Bakı. Trend:

Virus infeksiyalarının hökm sürdüyü payız-qış aylarındainsanların əczaxanalardan soruşduğu və aldığı əsas dərmanlarantibiotiklərdir. Sözsüz ki, əhali arasında belə bir düşüncə varki, qripə və ya buna bənzər hansısa virusa yoluxan zaman antibiotikiçmək onu müalicə edir. Əslində, araşdırmalar, eyni zamanda həkimrəyləri bunun mif olduğunu təsdiqləyir. Eyni zamanda, yersizistifadə edilən antibiotiklərin faydadan daha çox ziyan verdiyiməlum olur.

Mövzu ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinikmikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildiribki, istənilən virus infeksiyaları zamanı insanlar həkim məsləhətiolmadan əczaxanadan antibiotik alıb içirlər.

“Əslində, antibiotik dediyimiz preparatlar anti-bakterialpreparatlardır. Bunlar sadəcə bakteriyaya təsir göstərir. Yəni hərhansı bir virusa təsiri yoxdur. İstər koronavirus olsun, istər qripolsun, istər metapnevmovirus olsun, bunların heç birinəantibakterial preparatların effektivliyi, təsiri yoxdur. Hər birantibiotikdən gərəksiz istifadə allergik reaksiyalara səbəb olabilər.

Hər bir antibiotikin özünün qaraciyər, böyrək toksikliyi,bəzilərinin ürəyə toksik təsiri var. Yəni daxili orqanlara mənfitəsir edir. Bunlardan da əlavə, gərəksiz antibiotik istifadə etməkhəm maddi ziyandır, həm də ən böyük problem bu antibiotiklərə qarşırezistentliyin yaranmasıdır.

Gələcəkdə antibiotik istifadə etmək ehtiyacı yarandığı zaman bizbu bəsit antibiotiklərdən istifadə edə bilməyəcəyik. Çünki onaqarşı artıq rezistentlik yaranır. Bu rezistentlik də birbakteriyadan digər bakteriyaya, bir insandan digər insanarahatlıqla ötürülə bildiyinə görə, gələcəkdə çətinliklər yaranacaq.Ciddi bir infeksiya olduğu zaman həmin şəxs məcbur olacaq ki,xəstəxana şəraitində yataraq və daha güclü, hətta yan təsirləribelə daha çox olacaq antibiotiklər istifadə etsin”,- deyə həkiməlavə edib.

O qeyd edib ki, antibiotikdən gərəksiz istifadədən qaçmaqlazımdır:

“Mən məsləhət görürəm ki, ümumiyyətlə, gərəksiz antibiotikdənistifadə etməkdən qaçaq. Eyni zamanda, həkim məsləhəti olmadan hərhansı bir antibiotik istifadə olunmasın. Əgər antibiotikistifadəsinə ehtiyac yaranıbsa, bunun həkim nəzarəti altında olmasıdaha doğrudur.

Viruslarda antibiotikin hər hansı bir faydası yoxdur. Virusinfeksiyasına yoluxan xəstələr başqa insanı yoluxdurmamaq üçünmütləq ev şəraitində istirahət etməli, evdə izolyasiya şəraitindəqalmalı, bol maye qəbul edib hərarət salıcı dərmanlardan istifadəetməlidirlər”.

Uşaqlara yersiz antibiotik qəbul etdirmək onlarınsağlamlığına necə təsir edir?

Bu barədə Trend-ə danışan pediatr Aytənİsmayılzadə bildirib ki, uşaqlara gərəksiz şəkildəantibiotik vermək qəti qadağandır.

“Çünki uşaqlara vaxtından əvvəl antibiotik veriləndə immunitetzəyifləyir, bu zaman da virusla mübarizə zəyifləyir. Daha sonrabakterial ağırlaşmalar baş verir. Bu zaman təkrar antibiotikverilməsinə ehtiyac duyulur. Yersiz antibiotik veriləndə, əgər dahasonra, həqiqətən də, antibiotikə ehtiyac yaranarsa, bu zaman uşaqikiqat artıq doza almış olur. Bunun da əlavə təsirləri daha çoxolacaq.

Buna görə də valideynlərə məsləhətim budur ki, hər virusinfeksiyası baş qaldıran kimi antibiotikə qaçmasınlar. Həkimləməsləhətləşsinlər. Uşaqlara antibiotik həkim məsləhəti ilə, həkimintəyin etdiyi zamanda və miqdarda verilməlidir. Eyni zamanda,antibiotikin təyin edilməsi üçün qan analizlərinə ehtiyac var. Qananalizində bəzi testlər var ki, antibiotik göstəricisini təyinedir. İltihabi göstəricilərin yüksəlməsinə əsasən antibiotikməsləhət görülür”, - deyə o qeyd edib.

Seçilən
12
4
az.trend.az

4Mənbələr