Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Azərbaycan Respublikasının şəhər və rayonlarında yerləşən təhsil müəssisələrini Fiber-Optik, ADSL, GPON və Simsiz rabitə kanalları vasitəsilə təhsil sisteminin korporativ intranet və internet şəbəkələrinə çıxışının təmin edilməsi” tenderinin nəticələrini elan edib.
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “Azedunet” MMC (VÖEN: 1301531871) olub.
Qalib şirkətlə 17 512 181 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azedunet” MMC şirkəti 14.12.2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 340 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Yəhyayev Rza oğludur.
Xatırladaq ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).