AZ

BMT: Ukraynada ölən mülki şəxslərin sayı ifrat dərəcədə artır

"Keçən il mülki vətəndaşlar arasında ölən və yaralananların ümumi sayı əvvəlki ilə nisbətən 30 faiz artıb. Xüsusilə uşaqlar arasında itkilərin artması dəhşətlidir".

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu fikirlər BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı təşkil edilmiş iclasında səsləndirilib.

Burada üzv ölkələri məlumatlandıran BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo bildirib ki, yeni ilin sülh və əmin-amanlıq gətirəcəyi gözlənilsə də, Ukraynada münaqişələr artmaqda davam edir.

2024-cü ildə mülki itkilərdə əhəmiyyətli artım olduğuna diqqət çəkən Di Karlo qeyd edib:

"Uşaqlar arasında itkilərin bu dərəcə artması dəhşətli və qorxuludur. Dünyada belə hadisəyə rast gəlinməyib".

Əli Hüseynov

Seçilən
1
bakivaxti.az

1Mənbələr