AZ

Möhkəm yuxu üçün: Mütləq bu gün sinayin!

Möhkəm

Bir çoxumuz yuxuya getməkdə çətinliklərlə üzləşirik ki, bu da ümumi sağlamlıq və əhval-ruhiyyəyə mənfi təsir göstərir. Keyfiyyətli yuxu yaddaşı, diqqəti yaxşılaşdırır və immuniteti gücləndirir. Əgər yuxunuzu yaxşılaşdırmaq üçün təbii üsullar axtarırsınızsa, yuxudan əvvəl qəbul edə biləcəyiniz aşağıdakı içkilərə diqqət yetirin.Melissa çayı (Ballınanə)Melissa rahatlaşdırıcı və sakitləşdirici xüsusiyyətləri ilə tanınır, stressi azaltmağa kömək edir. Çayı hazırlamaq üçün bir çay qaşığı qurudulmuş məlisəni qaynar su ilə dəmləyin və 15 dəqiqə gözləyin. Yuxudan 1,5 saat əvvəl içmək yuxuya getməyi asanlaşdıracaq.Çobanyastığı çayıÇobanyastığı sakitləşdirici təsiri olan apigenin kimi flavonoidlər ehtiva edir. Bir paket çobanyastığı çayını qaynar suya salın, bir neçə dəqiqə dəmləyin və yuxudan əvvəl içərək narahatlığı azaldın və yuxu keyfiyyətinizi yaxşılaşdırın.Ədviyyatlı banan içkisiBanan kalium, maqnezium və triptofanla zəngindir ki, bu da sinir sistemini rahatlaşdırır. İstifadə üçün bir bananı 10 dəqiqə suda qaynadın, bir çimdik darçın əlavə edin, soyudun və yatmazdan əvvəl için. Bu içki tez yuxuya getməyə və yuxunun keyfiyyətini artırmağa kömək edəcək.Albalı şirəsiAlbalı triptofan ehtiva edir ki, bu da yuxu dövrünü tənzimləyən melatonin hormonunun istehsalına kömək edir. Yatmazdan əvvəl təbii albalı şirəsi içmək yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Ən yaxşı nəticə üçün şəkər və konservant əlavə edilməmiş təzə sıxılmış şirəyə üstünlük verin.Bal ilə isti südBal ilə isti süd yuxunu yaxşılaşdırmaq üçün sınanmış vasitədir. Süd triptofan ehtiva edir, bal isə onun mənimsənilməsinə kömək edir. Effektivliyi artırmaq üçün çay qaşığının dörddə biri qədər zərdəçal əlavə edə bilərsiniz, beləliklə, əlavə sakitləşdirici xüsusiyyətlərə malik "qızıl süd" əldə edəcəksiniz.Bu içkiləri axşam menyusuna daxil etməyə çalışın ki, yuxu keyfiyyətinizi artırıb, növbəti gün özünüzü dincəlmiş və enerjili hiss edəsiniz.Səidə Mustafa

Diqqət Çəkənlər

Donald Trampın inauqurasiya mərasiminə qatılacaq məşhurların siyahısı tərtib edilib

Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir

Ronaldo, "Əl-Nəsr" klubunun ortaq sahiblərindən biri olmağa qərar verib

Seçilən
20
ulusum.az

1Mənbələr