Rusiya, Belarus, Ukrayna, İran, Sudan, Livan və Mozambik, eləcə də Fransanın dəniz kənarındakı Mayotte və Yeni Kaledoniya əraziləri Böyük Britaniya Xarici İşlər Nazirliyinin ölkə daxilində səyahəti təhlükəli hesab etdiyi “qırmızı siyahı”ya dail edilib.
"Cebheinfo.az" xəbər verir ki, britaniyalı səyahətçilər üçün təhlükəli ölkələrin ərazisi 31 766 973 kvadrat kilometrdir. Bu ölkələr dünya ərazisinin təxminən 16 faizini tutur.
Daha 47 ölkə qismən əhatə dairəsindən kənardadır.
Burundinin əksəriyyəti, sahilyanı ərazilər və paytaxt Nuakşot da daxil olmaqla, Mavritaniyanın çox hissəsi kimi indi ziyarət üçün təhlükəsiz sayılır. Amma ümumi mənzərə ondan ibarətdir ki, üfüqlər daralır.
Ukrayna, Rusiya və onun yaxın müttəfiqi Belarus 2022-ci ilin fevralında səyahətlərin "qara siyahı"sına salınıb. İsrail, Livan və Fələstin 2023-cü ilin oktyabrında siyahıya əlavə edilib. Buna baxmayaraq, İsrail və Fələstinin bəzi əraziləri indi təhlükəsiz sayılır.
Bir neçə il əvvəl turizm intibahının astanasında olan İran ("British Airways", hətta "Hitroudan" Tehrana birbaşa uçuşları bərpa edib) 2019-cu ilin sonundan ziyarətçilər üçün tamamilə bağlanıb. 2023-cü ildə rəqib yaraqlı qruplar arasında döyüşlər başlayandan bəri Böyük Britaniya Xarici İşlər Nazirliyi Sudana bütün səyahətlərdən çəkinməyi tövsiyə edib.
Mozambik mübahisəli seçkilərdən sonra geniş yayılmış iğtişaşlar səbəbindən 2024-cü ilin dekabrından səyahət qadağası siyahısındadır.
Risk səviyyəsi başqa yerlərdə də artıb. Meksika hələ də zorakılıq cinayətləri ilə bağlı ciddi problemlərlə üzləşir və Federal Təhlükəsizlik Xidməti hazırda Çihuahua, Sinaloa, Zacatecas, Colima, Guerrero və Michoacan əyalətlərinin əksəriyyəti də daxil olmaqla, ölkənin geniş ərazilərinə səyahət etməməyi məsləhət görür.
Əvvəllər tamamilə təhlükəsiz hesab edilən Tanzaniya indi "islam ekstremizmi ilə əlaqəli qrupların hücumlarına görə" Mozambikin Kabo Delqado əyaləti ilə sərhədində qadağan zonalara malikdir. Moldovada da indi təhlükə zonası var:
Dnestryanı, eləcə də Peru (Koçabamba departamentinin Çapare bölgəsi), Qana (Baucu bələdiyyəsi), Qvatemala (Meksika ilə sərhədi yaxınlığında yerləşən ərazilər) və Uqanda (Kraliça Yelizaveta Milli Parkı daxil olmaqla) siyahıdadır.
Xəzər
"Cebheinfo.az"