Xəbər verdiyimiz kimi, bu gün Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, adıçəkilən şəxsin bu postdan uzaqlaşdırılacağı gözlənilən idi.
Bu fotonu başqa necə izah etmək olar? Məsələn, biz gözləyirdik ki, sosial şəbəkələrdə aktiv olan cənab nazir, ən azından müavininin Azərbaycan idmanına baha başa gələn xoşagəlməz davranışına görə üzr istəyəcək. Amma əvəzində Fərid Qayıbov bu gün onun vətəndaş qəbulunda iştirakını təmin edib, nazirliyin dövlət səviyyəli tədbirinə aparıb. Görünür, Fərid Qayıbov Mariana xanımın işdən çıxarılmayacağına çox əmin imiş. Amma onun unutduğu bir şey var idi: Cənab Prezidentin qətiyyəti!
Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.
MİA.AZ