"Sanksiyaların tətbiqi halında, Böyük Britaniyanın nüfuzu tamamilə keçmişə təhvil veriləcək".
Bu barədə "Gürcü Arzusu"nun siyasi şurasının bəyanatında deyilir.
"Əgər Böyük Britaniya Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edərsə, bu, açıq şəkildə göstərəcək ki, 'dərin dövlət' Böyük Britaniyanı Ukrayna, Litva, Estoniya və Avropa Parlamenti səviyyəsinə qədər endirib. Bu isə bu dövlətin tarixi keçmişini nəzərə alaraq, xüsusilə faciəvi bir hadisə kimi qiymətləndirilməlidir. Sanksiyaların tətbiqi halında, hüququn üstünlüyü və insanın əsas hüquqlarına əsaslanan bir dövlət kimi Böyük Britaniyanın nüfuzu tamamilə keçmişə təhvil veriləcək. Lakin 'dərin dövlət', yəni qlobal müharibə partiyası çoxsaylı dövlətləri fiziki məhv üçün qurban verdiyi şəraitdə, Böyük Britaniyanın dövlətçilik-mənəvi məhvi və alçaldılması daha az faciəvi bir hadisədir", - bəyanatda deyilir.
Cavid