AZ

Sərxoş halda maşın sürən şəxs həbs edilib (VİDEO)

Bakı. Trend:

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçənhissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi “VAZ” markalıavtomobillə qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının 8-citaqımının əməkdaşları tərəfindən saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı həmin şəxsin avtomobili idarəetmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsimüəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.Lakin, V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisətabesizlik göstərib, avtomobilini yandıracağı hədəsiylə sünigərginlik yaratmağa calışıb.

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazipolis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə 15gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verənşəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqaziddolduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərlitədbirlərin görüləcəyini bildirib.

Seçilən
4
24
az.trend.az

10Mənbələr