Bakı. Trend:
Dünyada atmosferi çirkləndirən qazların səviyyəsi yüksək həddəçatıb. Havada olan karbon dioksidin konsentrasiya səviyyəsiinsanların ilk dəfə bərpa olunmayan yanacaqlardan istifadə etməyəbaşladığı andan etibarən 50%-dən çox artıb.
Trend xəbər verirki, bunu BBC iqlim dəyişikliyinin monitorinqini aparan “MetOffice”ə istinadən məlumat yayıb.
Məlumata görə, qlobal istiləşməyə bilavasitə təsir göstərənkarbon qazı səviyyəsi 2024-cü ildə ötən illərlə müqayisədə dahasürətlə artıb.
Qalıq yanacaq tullantılarının rekord səviyyəyə çatdığıbildirilir.
"Met Office" bildirir ki, atmosferdəki karbon-dioksid miqdarınınartım sürəti 1,5°C-dən çox qlobal istiləşmənin qarşısını almaq üçündünya dövlətlərinin götürdükləri öhdəliklərə "uyğun deyil".
Xatırladaq ki, 2015-ci ildə Parisdə keçirilən İqlim konfransındatəxminən 200 ölkə iqlim dəyişikliyinin ən ağır fəsadlarınınqarşısını almaq ümidi ilə qlobal karbon qazı emissiyalarınıazaltmaqla bağlı öhdəlik götürmüşdü.